Sosialmedia.az

Sumqayıt bulvarı 75 min manata DEZİNFEKSİYA OLUNACAQ

“Sumqayıt Bulvar” MMC dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satın alınması ilə bağlı tenderin qalibini açıqlayıb.

Sosialmedia.az-ın məlumatına görə, qalib “Lider Dezinfeksiya” MMC olub. Tərəflər arasında 74 min 900 manat dəyərində müqavilənin bağlanacağı gözlənilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Elza Abdullayeva Əli qızıdır.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. “Sumqayıt Bulvar” MMC-nin baş direktoru isə Seymur Məmmədovdur.

14 views