Prezident İlham Əliyev Türkmənbaşı şəhərində "Axaltəkə" atlarının çıxışına baxdı. Türkmənistan dövlət başçısı adından ona "Taus" adlı at hədiyyə edildi.

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Sosialmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

19 views