Sosialmedia.az

Buna görə filmlərə çəkilmir

Aktyor Allahverdi Yolçuyev filmlərdə rol almamasının səbəbini

Sosialmedia.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçiyə aparıcı Mətanət Əliverdiyeva “Nə üçün sizə teatr və filmlərdə rol vermədilər” sualını ünvanlayıb. Aktyor bildirib ki, qonorar onu qane etmir:

“Bu sualı çox verirlər. Dəvət etmirlər və buna görə də çəkilmirəm. Cavanı cavan, yaşlını yaşlı oynamalıdır. Mənim üçün yaşlı obraz yaratmaq daha gözəldir. Cavan adam hardansa 5-10 manat tapır, film çəkir. Dəvət gəlir, “salam” verməmiş, pul bitir. Hər şeyə pul lazımdır. Milyonlarla film maliyələşir. Baxıram, bəyənirəm. Amma tək onlar deyil. Bizim kinosrtduyamız var. Oranın tarixi sütunları var. Oranı təmir edib, yenidən işlətmək lazımdır”.

9 views