Xeberler

NASA gözlənilməz səbəbə görə Yer kürəsində həyatın sona çatma tarixini təyin etdi

Zaman keçdikcə Günəşin daha parlaq olacağı və Yerdə daha isti iqlimə səbəb olacağı gözlənilir.

Sosialmedia.az xəbər verir ki, Yer atmosferi 1 milyard ildən sonra oksigeni itirə bilər. Yeni araşdırmaya görə Yerin oksigenlə zəngin atmosferi yaxın milyard il ərzində dağılacaq. İlkin eniş isə 10.000 ildən az müddətdə başlaya bilər.Toho Universitetindən Kazumi Ozakinin rəhbərlik etdiyi tədqiqatda Günəşin tədricən parlaqlaşması ilə Yer atmosferindəki oksigen səviyyəsinin əlaqəsi modelləşdirilib. Günəşin istiliyi artdıqca karbon qazı sürətlə parçalanacaq, fotosintez zəifləyəcək və oksigen istehsal edən bitkilər tükənəcək.

Bunun nəticəsində ozon təbəqəsi yox olacaq, Yer səthi ultrabənövşəyi şüalara məruz qalacaq, atmosferdə metan toplanacaq.

16 views