İcra Hakimiyyətinin mövqeyi - Suraxanı Rayon İcra Hakimiyyəti bildirib ki, son zamanlar boş torpaq sahələrinin zəbt olunması və hasara alınması halları artıb. - Müvafiq qurumlarla birgə bu cəhdlərin qarşısı alınıb. - Sözügedən sahə hasara alınarkən hüquq müəyyənedici sənədlər tələb olunub, lakin sahib sənədləri təqdim etməkdən imtina edib. - Bu səbəbdən tikinti işlərinin dayandırılması tövsiyə olunub ⁽¹⁾.

Binədə özbaşınalıq – Çıxarışlı torpaq sahəsinin hasarı SÖKÜLDÜ

Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən torpaq sahəsinin hasarı qanunsuz olaraq söküldüyü iddia edilib.

Şirkətin hüquqşünası Naim Məmmədov bildirib ki, 1.5 hektar torpaq sahəsində mərcləşmə (sahənin sərhədlərinin ölçülüb dəqiq müəyyənləşdirilməsi və yerində nişanlanması – red.) işləri aparıldıqdan sonra, əməkdaşlar torpaq sahəsini hasara alırdılar:

“Qanunvericiliyin tələbinə əsasən hasara alınma və mərcləşmə işləri üçün icra hakimiyyətinin icazəsi tələb olunmur. Biz hasar çəkilişi apardığımız zaman icra hakimiyyətinin nümayəndələri 20-25 nəfərlik kollektivlə çəkmiş olduğumuz hasarın qanunsuz söküntüsünü həyata keçiriblər”.

Onun sözlərinə görə, söküntü ilə əlaqədar nə məhkəmə qərarı göstərilib, nə də bildiriş təqdim olunub.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, son zamanlar rayon ərazisində boş torpaq sahələrinin zəbt edilərək daş hasara alınması faktları aşkar edilib və bu cəhdlərin qarşısı müvafiq qurumlarla birgə alınıb. Sözügedən torpaq sahəsi hasara alınarkən vətəndaşa həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunması xahiş olunsa da, o sənədləri təqdim etməkdən imtina edib. Bu səbəbdən işlərin dayandırılması tikinti sahibinə tövsiyə edilib.Ətraflı Baku TV-nin süjetində

Sosialmedia.az

20 views