Sosialmedia.az

“Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verilib

“Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verilib

“Faiq” kənd təsərrüfatı məhsulları istehsalçılarının ictimai birliyi “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verib.

Sosialmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Layihənin məqsədi güclü dövlətin onurğa sütunu olan gənclərin sağlam və faydalı olmasına xidmət etməkdir. Sağlam gənclik parlaq gələcək deməkdir. Parlaq gələcəyin təminatı yeniyetmələr arasında sağlam həyat tərzinin tərkib hissəsi olan düzgün və keyfiyyətli qidalanmanın, normal fiziki inkişafın əsası olan zərərli vərdişlərdən uzaq olmanın əhəmiyyəti və vacibliyinin təbliğidir. Yeniyetmələrə sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi, qida təhlükəsizliyi vərdişlərinin aşılanması, fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın faydaları, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatların verilməsidir.

Qeyd edək ki, layihə Quba şəhərində icra olunacaq.

16 views