Sosialmedia.az

SDU-ya qəbul olmuş abituriyentlərin NƏZƏRİNƏ

Sumqayıt Dövlət Universitetinə (SDU) qəbul olmuş abituriyentlərin sənəd qəbulu 28 avqust – 8 sentyabr tarixlərində onlayn formada aparılacaqdır.

Sosialmedia.az xəbər verir ki, 2025/2026-cı tədris ilində SDU-nun bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli və onlayn qeydiyyatdan keçməlidirlər.

Onlayn qeydiyyat zamanı tələb olunan sənədlər:

1. Hərbi biletin surəti (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsi);
2. Təhsil haqqından azad olan imtiyazlı şəxslər üçün müvafiq sənədlərin surəti.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər universitetə gələn zaman aşağıdakı sənədləri müvafiq fakültələrə təqdim etməlidirlər:
1. Şəxsiyyəti təsdiq edən sənədin 3 ədəd surəti;
2. Tam orta təhsili başa vurma haqqında sənədin əsli (attestat)
(subbakalavrlar üçün diplomun notarial qaydada təsdiqlənmiş surəti və ya arayış);
3. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim olunma haqqında sənəd (ağ bilet, oğlanlar üçün);
4. 3×4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
5. Tibbi arayış (yalnız “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına qəbul olanlar üçün);
6. Təhsil haqqından azad olan imtiyazlı şəxslərin sənədlərinin notarial qaydada təsdiqlənmiş surətləri.
Qeyd:
• Ödənişli əsaslarla təhsil alacaq tələbələr illik təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
https://portal.edu.az portalında qeydiyyat etməyən şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış hesab ediləcək və onlar barəsində qəbul əmri verilməyəcəkdir.

17 views