2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi qeydiyyatdan bir neçə il öncədən fəaliyyətə başlamışdır.
Sosialmedia.az xəbər verir ki, bu illərdə əsas ana xətti sosial məsələlərin həlli olan təşkilat qaçqın və məcburi köçkün ailələrə, əlilliyi olan şəxslərə, miqrantlara müxətlif istiqamətlərdə dəstək göstərmiş, sosial-hüquqi problemlərinin həllinə çalışmışdır. Bununla yanaşı, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının bərpası, həmçinin maddi-mədəni irsinin yerli və beynəlxalq aləmdə tanıdılması üçün fəaliyyətin təşkilindən ibarət olmuşdur. Ölkə daxilindəki fəaliyyətlərimiz yalnız paytaxtla kifayətlənməmiş, ölkənin demək olar bütün şəhər və rayonlarını əhatə etmişdir.
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə bildirib ki, bu və digər fəaliyyətlərin təşkilində göstərdiyi dəstəyə görə donorlarımıza, media dəstəyi üçün media subyektlərinə, jurnalist dostlarımıza, təşkilatın uğurlu fəaliyyətində xüsusi rolu olan İdarə heyəti üzvlərimizə, təşkilatın rayon şöbələrinə və üzvlərinə dərin minnətdarlığımızı bildiririk:
“Dövlətimizə, cəmiyyətimizə, vətəndaşlarımıza faydalı olmağımız üçün vətəndaş cəmiyyəti üzvü olaraq kifayət qədər hələ də görüləcək işlərimizin olduğunu bilir və var-gücümüzlə, əzmlə çalışacağımızı qeyd etmək istəyirik”.
13 views