QHT könüllüləri şəhid övladlarını ziyarət ediblər – FOTOLAR
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri Gəncə şəhərində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində hər iki valideynini itirən və xəsarət alan uşaqlarla görüşüblər.
Sosialmedia.az xəbər verir ki, ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Könüllülər qeyd ediblər ki, belə görüşlər gənclərin şəhid ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara mənəvi dəstəyini ifadə etmək, həmçinin onların yanında olduqlarını göstərmək baxımından mühüm əhəmiyyət daşıyır.