Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Dağıstanda baş verən zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur”.

Sosialmedia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Azərbaycanda demək olar, hər gün zəlzələ olur. Ancaq heç bir bölgədə güclü zəlzələnin olması gözlənilmir. Orada 1.2-1.3 maqnitudalı afterşoklar olub. Ancaq heç biri hiss olunmayıb”, – o bildirib.

13 views