Sumqayıtda çörək sexində yanğın baş verib – FHN əraziyə cəlb olunub

Sumqayıtda çörək sexində YANĞIN

Sumqayıtda çörək sexində yanğın hadisəsi qeydə alınıb.

Sosialmedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə “Stansiya Sumqayıt” qəsəbəsi ərazisində baş verib.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

14 views