Sumqayıtda təbii qaz təchizatında məhdudiyyət olacaq.
Sosialmedia.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinə istinadən xəbər verir ki, bu gün saat 12:00-dan etibarən mavi yanacağın verilişində fasilə olacaq.
Məlumata görə, şəhərin Xəzər bağları ərazisində yerləşən Sürücülük məktəbinin yaxınlığında qazi ailəsinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatında fasilə yaranacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
22 views