Sumqayit24.az Bələdçiniz Bu gün Kommunal məsələlər Kriminal Mənim şəhərim Yollar və küçələr İdman Sumqayit24.az Ev Ginnesin Rekordlar Kitabına düşən sumqayıtlı Bu gün Ginnesin Rekordlar Kitabına düşən sumqayıtlı 2 Sentyabr 2025, 17:40 Sumqayıtın Qara Brilliantı 5 dəfə dünya, 11 qat Avropa çempionu Rafael Ağayev Sumqayıtda anadan olub. Uşaq yaşlarından idmana böyük maraq göstərib və atasının təşəbbüsü ilə karate ilə məşğul olmağa başlayıb. Bu seçimin səbəbi isə Rafaelin uşaq yaşlarında dava-dalaşa meylli, dəcəl olmasıdır. Orta məktəbdə çox dəcəl olan və dərslərin oxumayan Rafaelin qiymət cədvəlində cəmi iki 5 olub: Bədən tərbiyəsi və əmək təlimi dərslərindən. Onun ilk müəllimi karate ustası Rafael Məmmədov olub. Texniki bacarıqları və döyüş üslubu ilə seçilən Ağayev qısa müddətə yarışlara cəlb edilir. Onu Karatenin Messisi adlandırırlar. Beşqat dünya və onbirqat Avropa çempionluğu ilə yanaşı müxtəlif beynəlxalq turnirlərdə də qalib gəlib. 2020-ci ildə Tokiyo Yay Olimpiya oyunlarının gümüş medalçısıdır. Rafael həm də Qara Brilliant ləqəbi ilə tanınır. Bu ad ona 19 yaşında ilk dəfə dünya çempionu olanda Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza tərəfindən verilib. Ən yaxın dostları da idmançı olan Ağayev səbrsizliyi ilə tanınır. Qara Brilliant övladının da idmançı olmasını istəyir. Paylaş Paylaş İLGİLİ ETİKLƏR karate,Rafael Ağayev,Sumqayıt Search for: Axtarış açar sözlərinizi daxil edin Son Xəbərlər Ginnesin Rekordlar Kitabına düşən sumqayıtlı 2 Sentyabr 2025, 17:40 Sarayda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açılıb 2 Sentyabr 2025, 17:10 Çimərliklərdə hava necə olacaq? 2 Sentyabr 2025, 16:43 Sumqayıtda yüzlərlə abonentin qazı KƏSİLƏCƏK 2 Sentyabr 2025, 16:16 Sumqayıtda FHN TƏLİM KEÇİRİB 2 Sentyabr 2025, 15:51 Seçilmiş Xəbərlər 687,5 bal toplayan sumqayıtlı İlhamın hədəfi 20.08.25 Sumqayit24.az-ın budəfəki müsahibi 15 yaşlı kolleksiyaçı Anar Ağamalıyevdir 15 yaşlı kolleksiyaçı: “8 yaşımda qohumumun verdiyi pulla başladım” 12.03.25 Bu gün Sumqayıt şəhərinin 75 illik yubileyidir Ədalət Şükürov: “Xaricdən gələn dostlarım Sumqayıtı kurort şəhəri zənn edirlər” – ÖZƏL MÜSAHİBƏ 22.11.24 Sumqayıtın qədim tarixi – BİLMƏDİKLƏRİMİZ Sumqayıt tunc dövrünün mədəniyyət izlərini daşıyır – ALİMDƏN ÖZƏL AÇIQLAMA 21.11.24 Sumqayit24.az-ın əməkdaşı Sumqayıt Dövlət Dram Teatrının tanınmış aktyoru Yalçın Səlimovla həmsöhbət olub “Elə rolum olub ki, utandığımdan insan içinə çıxmamışam” – Sumqayıt aktyoru ilə ÖZƏL MÜSAHİBƏ 20.11.24 Kateqoriyalar Bələdçiniz (531) Bu gün (15. 224) Hadisə (4) Hadisə (6) İdman (3. 625) İqtisadiyyat (191) Kommunal məsələlər (774) Kriminal (991) Mənim şəhərim (85) Seçilmiş (45) Uncategorized (106) Yollar və küçələr (663) Məlumatdan istifadə edildikdə hiperlink vasitəsilə istinad mütləqdir.

Sumqayıtın Qara Brilliantı

5 dəfə dünya, 11 qat Avropa çempionu Rafael Ağayev Sumqayıtda anadan olub. Uşaq yaşlarından idmana böyük maraq göstərib və atasının təşəbbüsü ilə karate ilə məşğul olmağa başlayıb. Bu seçimin səbəbi isə Rafaelin uşaq yaşlarında dava-dalaşa meylli, dəcəl olmasıdır. Orta məktəbdə çox dəcəl olan və dərslərin oxumayan Rafaelin qiymət cədvəlində cəmi iki 5 olub: Bədən tərbiyəsi və əmək təlimi dərslərindən.

Onun ilk müəllimi karate ustası Rafael Məmmədov olub. Texniki bacarıqları və döyüş üslubu ilə seçilən Ağayev qısa müddətə yarışlara cəlb edilir. Onu Karatenin Messisi adlandırırlar. Beşqat dünya və onbirqat Avropa çempionluğu ilə yanaşı müxtəlif beynəlxalq turnirlərdə də qalib gəlib. 2020-ci ildə Tokiyo Yay Olimpiya oyunlarının gümüş medalçısıdır.

Rafael həm də Qara Brilliant ləqəbi ilə tanınır. Bu ad ona 19 yaşında ilk dəfə dünya çempionu olanda Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza tərəfindən verilib. Ən yaxın dostları da idmançı olan Ağayev səbrsizliyi ilə tanınır. Qara Brilliant övladının da idmançı olmasını istəyir Sosialmedia.azhttp://sosialmedia.az

15 views