Qalatasaray”a tarixi təklif – Qəbul edildi

Qalatasaray”da Barış Alper Yılmaz bağlı böhran yekunlaşmaq üzrədir.

Sosialmedia.az    Metbuat.az’a istinadən xəbər verir ki, klub futbolçunun getməsinə razılıq verib. Məlumata görə, NEOM klubu futbolçu üçün təklif göndərib. “Qalatasaray” əvvəlcə Barış Alper Yılmazın getməsinə razılıq verməsə də, futbolçu NEOM-dan aldığı təklifi nəzərdən keçirmək istədiyini bildirib. Fikir ayrılığından sonra klub futbolçunun fikrinə hörmətlə yanaşıb. Bildirilir ki, NEOM futbolçu üçün 40 milyon avro + sonrakı satışdan 10 faiz ödəniş şərti ilə təklif göndərib.

Bildirilir ki, Barış Alper Yılmazı “Keçiörengücü” klubundan transfer edən “Qalatasaray” razılaşmaya əsasən futbolçunun satışından əldə etdiyi məbləğin 20 faizini həmin kluba ödəməlidir. NEOM klubu “Keçiörengücü” klubuna veriləcək məbləği də ayrıca “Qalatasaray”a ödəməyə razılıq verib.

14 views