Füzulidə 60 hektarlıq taxıl sahəsi yanıb – FHN yanğının genişlənməsinin qarşısını alıb / VİDEO

Füzulidə 60 hektarlıq taxıl sahəsi yanıb – FHN yanğının genişlənməsinin qarşısını alıb / VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sosialmedia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 60 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

https://youtu.be/JJs-ApPMrAU

43 views