Bir çox ölkələrdə ictimai nəqliyyatdan istifadə zamanı sərnişinlər bank kartını və ya mobil telefonu terminala yaxınlaşdıraraq birbaşa ödəniş edə bilirlər. Azərbaycanda isə hazırda əsasən “BakıKart” vasitəsilə və bank tətbiqlərində təqdim olunan QR kod ödəniş sistemi ilə gediş haqqı ödənilir. Bəs nəqliyyatda bank kartları ilə birbaşa, yəni terminala kartı və ya telefonu yaxınlaşdırmaqla (QR kod istifadə etmədən) ödəniş etmək nəzərdə tutulur?
Sosialmedia.az mətbuat.az’a istinadən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirilib ki, paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir:
“Ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub. Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”.
Qeyd olunub ki, AYNA tərəfindən Gəncə şəhərində də marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Hazırda şəhərdə ictimai nəqliyyatın yenilənməsi prosesi həyata keçirilir. Bu işlər çərçivəsində yeni nağdsız ödəniş sistemi tətbiq ediləcək.
34 views