Real”da Rodri səsləri – “Siti”nin ulduzunu istəyirlər

Real Madrid”in kapitanı Dani Karvaxal Karlo Ançelotti dönəminin bitməsi və Xabi Alonsonun nizam-intizamlı yanaşması və komandadaxili rəqabət barədə açıqlamalar verib.

Sosialmedia.az   Metbuat.az’a istinaden xəbər verir ki, futbolçu bildirib ki, mövsümə 3 qələbə əldə edərək, başlamalarına baxmayaraq, hələ də inkişaf etdirməli olduqları məqamlar var. Təcrübəli oyunçu Karlo Ançelottidən Xabi Alonsoya keçidin klub üçün düzgün addım olduğunu bildirib. Futbolçunun sözlərinə görə, Ançelotti Madriddə əfsanədir və tarix boyu belə qalacaq. Futbolçu klubda dəyişikliyə ehtiyac olduğunu ifadə edib. O, transfer dönəmində ayrılacağı ilə bağlı söz-söhbətlər yayılan Dani Sebalyosun qalmasında Alonsonun rol oynadığını da bildirib. Karvaxal “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesin “Real Madrid”ə transfer olmasını istədiyini də bildirib.

Qeyd edək ki, bundan əvvəl “Real”ın Rodri Hernandesi transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

17 views