Saray Ailə Sağlamlıq Mərkəzindən oğurluq edən şəxsin istəyi “ürəyində qaldı”

Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Qafur Bəkirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sosialmedia.az http://sosialmedia.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Qafur Bəkirov 19 noyabr 2022-ci il tarixdə, saat 07:20 radələrində Səhiyyə Nazirliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının Saray Ailə Sağlamlıq Mərkəzinin hasarına bərkidilən 4 ədəd dəmir barmaqlığı çıxarıb və 1 ədəd dəmir xərəyi götürərək əmlakı gizli talayıb. O, ardınca isə saat 08:00 radələrində həmin xəstəxananın hasarına bərkidilən 18 ədəd dəmir barmaqlığı çıxarıb və 1 ədəd dəmir xərəyi götürərək ümumilikdə 2300 manat olan əmlakı ələ keçirib.

Bundan başqa, Qafur Bəkirov 25 yanvar 2023-cü il tarixdə, saat 03:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərin birindən ümumilikdə 1430 manatlıq oğurluq edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Qafur Bəkirov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

26 views