Sumqayıtda 16 yaşına yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Qalib Bəşirovun (adı və soyadı şərtidir) apellyasiya şikayətinə baxılıb.Sosimedia.az-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayəti isə qismən təmin olunub. Belə ki, məhkəmənin qərarı ilə Qalib Bəşirovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli hökmü dəyişdirilib. Ona əvvəl təyin olunmuş cəza 2 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. Şübhəli şəxs qismində saxlandığı bir gün cəza müddətindən çıxılmaqla, onun üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən qüvvədə qalıb.
İttihama görə, hadisə 2023-cü ilin noyabrında baş verib. 2001-ci il təvəllüdlü Qalib Bəşirov Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində günlük kirayə götürdüyü mənzildə aralarında 8 il yaş fərqi olan, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan, 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S. ilə razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub. Qalib sonradan – 2023-cü il dekabrın 1-də həmin ünvanda təkrar olaraq seksual xarakterli digər hərəkətlər edib.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qalib Bəşirov 1 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
29 views