Sumqayıt sakinləri 25 ildir “kupça” ala bilmirlər

Sumqayıt sakinləri 25 ildir yaşadıqları binaya çıxarış ala bilmədiklərindən şikayətçidilər.

  • Məsələ ilə bağlı Sosialmedia.az a müraciət edən sakinlər bildirilər ki, çıxarışın olmaması onların mülkiyyət hüquqlarını ciddi şəkildə məhdudlaşdırır, mənzillərin alqı-satqısı, ipoteka və digər hüquqi əməliyyatların aparılmasına mane olur.

“Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125, 19-cu məhəllədə yerləşən “Rəndə” MTK-ya məxsus 26 nömrəli, 12 mərtəbəli binanın sakinləriyik və artıq 25 ildən çoxdur ki, yaşadığımız mənzillərə mülkiyyət hüququnu təsdiq edən çıxarış (kupça) ala bilmirik. Halbuki binada elektrik enerjisi, su, qaz, lift təminatı mövcuddur və Fövqəladə Hallar Nazirliyinin də müvafiq rəyi alınıb”, – deyə şikayətçilər qeyd ediblər.

Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, indiyə qədər müsbət nəticə əldə olunmayıb.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sumqayit24.az -a bildirilib ki, mövcud qanunvericiliyə əsasən, çoxmənzilli yaşayış binalarının istismara qəbul prosesi mərhələli şəkildə həyata keçirilir.
“İlk növbədə, tikinti təşkilatı Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara müraciət edərək binanın istismara hazırlıq aktını alır. Bu sənəd təsdiqləndikdən sonra müvafiq müraciət şəhər icra hakimiyyətinə təqdim olunur və bina üzrə istismara qəbul aktı hazırlanır. Sonrakı mərhələdə həmin akt və digər zəruri sənədlər MTK tərəfindən bu prosedurlar tam yekunlaşdıqdan sonra dövlət reyestrində qeydiyyat aparılır və mənzil sahiblərinə mülkiyyət hüququnu təsdiq edən çıxarış – kupça verilir”, – deyə məlumatda qeyd olunub

38 views