Əli Yusiflə Uşaqlara Mənəvi Dəyərlər Aşılayan Ədəbi Görüş – “Elchin Preschool”da Unudulmaz Tədbir

Sosialmedia.az  5 sentyabr 2025-ci il tarixində şəhid Elçin Həsənlinin adını daşıyan “Elchin Preschool” Tədris və Erkən Müdaxilə Mərkəzində tanınmış yazıçı, şair, AYB və AJB-nin üzvü, “Rəsul Rza” və “Qızıl Qələm” mükafatı laureatı Əli Yusif ilə görüş keçirilib. Tədbiri giriş sözləri ilə açan Mərkəzin İcraçı Direktoru Gülnarə Hüseynova qeyd edib ki, yazarla görüşün keçirilməsində əsas məqsəd məktəbəqədər yaşlı uşaqlarda bədii təfəkkürün inkişafına dəstək olmaq, mütailə vərdişlərini bu yaşdan etibarən formalaşdırmaq və mənəvi dəyərləri aşılamağa kömək etməkdir.

Görüş zamanı Əli Yusif uşaqlara müxtəlif nağıl və hekayələr oxuyub, öz şeirlərini səsləndirmişdir. Eyni zamanda, yazarın uşaqlar üçün yazdığı “Səmanın Sehirli Qapısı” adlı kitabın da təqdimatı keçirilib. Kitabda yer alan nağıl və hekayələr uşaqlarda mənəvi-əxlaqi dəyərlərin inkişafına xidmət edir, onların psixoloji cəhətdən sağlam bir fərd kimi yetişməsinə töhfə verir.

Müəllif tədbirin sonunda yazdığı digər kitabları oxuculara hədiyyə edilmişdir.

Tədbirdə həmçinin ll Qarabağ Müharibəsi qazisi Ülvi Qədir də iştirak etmişdir. Qazimiz mərkəzimizdə yaradılan şəraitlə tanış olmuş, göstərilən xidməti yüksək qiymətləndirmişdir.

Sonda Mərkəzin rəhbəri Əzizə Xəlilova çıxış edərək qonaqlara öz təşəkkürünü bildirmiş, belə görüşlərin keçirilməsinin vacib olduğunu və bunun bir ənənəyə çevrilməsinin önəmini vurğulamışdır

64 views