Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Sosialmedia.az“a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
“Hyundai” markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes” maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.
Faktla bağlı araşdırma aparılır.
09:49
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.
Fatkla bağlı araşdırma aparılır.
12 views