Sumayıtda işıq dirəyi ciddi təhlükəyə ÇEVRİLİB

Sumqayıtda işıq dirəyi ciddi təhlükəyə çevrilib.

Sosialmedia.az -a daxil olan məlumata görə, Nəriman Nərimanov küçəsində işıq dirəyi nasaz vəziyyətdədir.

Görüntüdən də aydın olur ki, bu dirəyin aşmağına az qalıb.

“Bir gün bu dirək ya maşınların, ya da hər hansı piyadanın üstünə aşacaq. Bir sözlə, dirək həyati təhlükəyə çevrilib”,- deyə şikayətçilərdən biri bildirib.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.

34 views