Sumqayıt poliklinikalarında XAOS – Sistem hər gün çökür

Sumqayıtda fəaliyyət göstərən poliklinikalarda qeydiyyat sistemi vətəndaşların ciddi narazılığına səbəb olur.

Sosialmedia.az-a müraciət edən şikayətçilərin sözlərinə görə, bu problem illərdir davam edir. Sistemin tez-tez sıradan çıxması səbəbindən uzun növbələr, sıxlıq yaranır.

“Demək olar ki, hər dəfə poliklinikaya gedəndə eyni vəziyyətlə qarşılaşırıq. Qeydiyyatçılar da bu problemdən əziyyət çəkirlər. Sistem işləmədiyinə görə vətəndaşların məlumatları qeydə alınmır və insanlar həkim qəbuluna düşməkdə çətinlik yaşayırlar. Bu da əsəb və narazılıq yaradır”, – deyə sakinlər bildiriblər.

Vətəndaşlar hesab edirlər ki, TƏBİB-in illərdir düzəldə bilmədiyi bu problem köklü şəkildə həll olunmalıdır.

Onların fikrincə, hazırkı vəziyyət vətəndaşlarla yanaşı, poliklinika işçilərinin də işini çətinləşdirir.

31 views