Sumqayıtda su kollektoru evə ciddi ZİYAN VURUR

Sumqayıtda su kollektorunun partlaması sakinlərin narahatlığına səbəb olub.

Sosialmedia.az-a daxil olan məlumata görə, Stansiya Sumqayıt yaşayış massivində sakinlərdən birinin evində su kollektoru yerləşir.

Şikayətçi bildirib ki, dəfələrlə bu qurğunun partlaması nəticəsində ev çöküb. Hazırda da vəziyyətin belə olduğu qeyd edilib.

“Azərsu” ASC-yə tez-tez müraciət etməyimizə baxmayaraq, heç bir şey dəyişmir.  Belə ki, aidiyyəti qurumun əməkdaşları əraziyə baxış keçiriblər. Qeyd ediblər ki, layihə hazırlanmalıdır. Biz başa düşmürük layihə hazırlanana kimi ev hər dəfə çökməlidir?”, – deyə sakinlərdən biri narazılığını bildirib.

Şikayətçilər aidiyyəti qurumlardan təcili bu vəziyyətin həll edilməsinin tələb edirlər.

21 views