“Sumqayıt”ın oynayan məşqçisi ötən mövsümdən danışıb

“Sumqayıt” ötən mövsüm Azərbaycan Basketbol Liqasında yaxşı çıxış edib.

  • Sosialmedia.az -ın məlumatına görə, bunu “Sumqayıt” basketbol klubunun oynayan məşqçisi Aleksey Kitayev deyib.

Mütəxəssis komandanın ötən mövsümkü çıxışını dəyərləndirib:

“Düşünürəm ki, daha yaxşı oynaya bilərdik, amma ümumilikdə çox yaxşı çıxış etdik. Legionerlərimiz çox olmasa da, xoş təsir bağışladıq və özümüzü göstərdik. Bizimlə oynayan komandalar üçün zəif rəqib deyildik, onlarla sona qədər mübarizə apardıq. Bu, bizim gücümüzü göstərdi”.

O, klubun mətbuat xidmətinə açıqlamasında yeni vəzifəsi haqqında danışıb:

“Mənə ikinci oyunçu-məşqçi olmaq etibar edildiyi üçün çox minnətdaram. Həm meydanda, həm də meydandan kənarda komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Bu, mənim üçün böyük məsuliyyətdir”.

Basketbolçu yeni mövsüm haqda da fikirlərini bölüşüb:

“Hələ ki, konkret nəsə demək çətindir. Mövsüm yaxın günlərdə başlayacaq və çalışacağıq ki, öz oyunumuzu göstərək. Əlimizdən gələni edəcəyik ki, komandamız uğur qazansın

33 views