Dünyada məşhur texnologiya nəhəngi “Apple” bir neçə smartfon modelini özünün internet mağazasından çıxarıb.
Sosialmedia.az AZƏRTAC a istinaden xəbər verir ki, şirkət 2023-cü ildə buraxılan “iPhone 16 Pro” və “iPhone 16 Pro Max”, “iPhone 15” və “iPhone 15 Plus” flaqman modellərinin satışını dayandırıb. Hazırda “Apple” şirkətinin rəsmi satışda olan smartfon seriyasına “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni model olan “iPhone 17 Air”, həmçinin “iPhone 16”, “iPhone 16 Plus” və “iPhone 16e” daxildir.
Qeyd edək ki, “Apple” adətən hər il yeni flaqman modellərini təqdim edir və əvvəlki nəsil cihazların satışını dayandırır. Buna baxmayaraq, satışdan çıxarılan “iPhone” modellərini dünya üzrə pərakəndə satış şəbəkələrində tapmaq mümkündür.
Xatırladaq ki, “Apple” sentyabrın 9-da “iPhone 17” seriyasını təqdim edib. Yeni seriyaya “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni cihaz olan “iPhone 17 Air” daxildir.
12 views