Sumqayıt” futbolçusu Moldovada təlim-məşq toplanışında iştirak edəcək.
Sosialmedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi sentyabrın 14-dək Bakıda, daha sonra isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.
U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.
Milliyə dəvət olunan futbolçular arasında “Sumqayıt” futbol komandasından Mədinə Qədiməliyeva var.
19 views