Sumqayıtda narkotiklərin satışı ilə məşğul olanlar SAXLANILIB

Sumqayıtda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Sosialmedia.az  xəbər verir ki,  Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuşlar- 32 yaşlı Fərman Mehdixanov, 51 yaşlı Rauf Eynullayev, 42 yaşlı Pərviz Cahangirov və 49 yaşlı Natiq Vəliyeb saxlanılıblar.

Onlardan ümumilikdə 1 kiloqrama yaxın marixuana, psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

306 views