Valideyn-uşaq münasibətlərində əsas problem çox vaxt kommunikasiya çatışmazlığı ilə bağlıdır” – AÇIQLAMA

Ailədə nəsillərarası münasibətlər, xüsusilə valideyn-uşaq ünsiyyəti və böyüklərlə əlaqə, həm uşağın, həm də böyüklərin psixoloji sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Müasir dövrdə texnologiya, məşğul həyat tərzi və sosial təzyiqlər ailə içi ünsiyyəti dəyişdirib, bəzən problemlərin yaranmasına səbəb olur.

Bəs görəsən bu problemlərin kökündə nə dayanır?

Sosialmedia.az

Psixoloq A.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“Valideyn-uşaq münasibətlərində əsas problem çox vaxt kommunikasiya çatışmazlığı ilə bağlıdır. Valideynlər uşaqlarının hərəkətlərini və duyğularını başa düşməyə çalışmadan tələblər qoyduqda, uşaq özünü anlaşılmamış və dəyərsiz hiss edə bilər. Eyni zamanda, böyüklər də uşaqlardan və ya gənc nəsildən gələn davranışları yanlış anlama ehtimalı ilə qarşılaşır ki, bu da gərginliyi artırır.

Müasir ailələrdə bir digər diqqət ediləsi məsələ həddindən artıq texnologiya istifadəsi və ekran bağımlılığıdır. Uşaqların və gənclərin çox vaxtını telefon, planşet və komputer qarşısında keçirməsi valideynlə ünsiyyət imkanlarını azaldır, emosional bağların zəifləməsinə gətirib çıxarır.

Psixoloqlar valideynlərə tövsiyə edir ki, aktiv dinləmə, gündəlik ünsiyyət vaxtı ayırma və emosiya ifadəsinə dəstək kimi üsulları tətbiq etsinlər. Uşaqlarla açıq söhbət etmək, onların duyğularını qəbul etmək və böyüklərlə münasibətdə qarşılıqlı hörmət prinsiplərini öyrətmək, həm nəsillərarası bağları gücləndirir, həm də ailə içində emosional stabilliyi artırır.

Beləliklə, müasir ailə dinamikasında diqqət ediləsi əsas məsələ anlayış və ünsiyyətin gücləndirilməsi, texnologiya və məşğul həyat tərzinin ailə bağlarına mənfi təsirinin minimuma endirilməsidir”.

199 views