Sosialmedia.az

Sumqayıtı duman bürüyəcək

Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.

Sosialmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

241 views