Qarlı hava şəraiti ölkədə sürücülərə gərgin anlar yaşadır

Çovğun nəticəsində Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun hərəkət hissəsi qarla örtülüb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Həmçinin Ələt-Astara magistral avtomobil yolunda da qarlı hava şəraiti gərgin vəziyyət yaradıb.

Lənkəran-Lerik avtomobil yolunda da güclü və intensiv qar səbəbindən yolun hərəkət hissəsi qarla tam örtülüb.

Qeyd edilib ki, yolların qardan təmizlənməsi işləri aparılır, sürücülərə köməklik göstərilir.4

https://baku.tv/dunyaa/lenkeran-lerik-avtomobil-yolunda-guclu-qar-yagisi-sebebile-yolun-hereket-hissesi-qarla-ortulub

156 views