2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 198,5 milyon manat təşkil edib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 0,3 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 9 % artaraq 14 milyard 956,7 milyon manat olub.
244 views
