Ölkəmizdə yenilənmənin rəmzi olan od çərşənbəsi qeyd olunur

Od çərşənbəsi Azərbaycan xalqının qədim inanclarından və zəngin mədəni irsindən qaynaqlanan müqəddəs günlərdən biridir. Bu çərşənbə yazın gəlişini müjdələyən və Novruz bayramı ərəfəsində qeyd olunan dörd ilaxır çərşənbədən ikincisidir.

Sosialmedia.az xəbər verir ki, xalq inanclarına görə, bu gün odun və işığın gücü ilə təbiət bir az da oyanır, insan ruhu isə saflaşır.

Qədim dövrlərdə insanlar oda müqəddəs varlıq kimi baxır, onu həyatın, istiliyin və işığın rəmzi hesab edirdilər. Xüsusilə Zərdüştilik inancında od paklıq və ilahi qüvvənin simvolu sayılırdı. Bu baxımdan Od çərşənbəsi yalnız bir bayram ənənəsi deyil, həm də minilliklərə söykənən mənəvi dəyərdir.

217 views