ABŞ-nin Meta, Anthropic, Google və OpenAI şirkətlərinin nümayəndələri ABŞ Prezidenti Donald Trampın müşavirləri ilə inkişaf etmiş süni intellekt modellərinin təhlükəsizlik sınaqlarını müzakirə edəcəklər.
Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, görüş son vaxtlar OpenAI və Anthropic-in süni intellekt alətlərinin digər şirkətlərin sistemlərinə daxil olması ilə bağlı narahatlıqlardan sonra keçirilir. ABŞ hökuməti qabaqcıl AI modellərinin kibertəhlükəsizlik baxımından yaratdığı riskləri qiymətləndirməyi planlaşdırır.
Tramp administrasiyası bu modellərin istifadəyə verilməzdən əvvəl könüllü şəkildə dövlət sınaqlarından keçirilməsini təklif edib. Eyni zamanda, beş demokrat senator bu sınaqların qanunla məcburi olmasını istəyərək administrasiyanı Konqreslə əməkdaşlığa çağırıb.
Ağ Ev təhlükəsizlik sınaqları ilə bağlı qaydaların hazır olduğunu açıqlasa da, onların ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı barədə məlumat verməyib.
109 views
