Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib.
Sosialmedia.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı göstərici iyulun 1-i ilə müqayisədə 0,5 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,85 %, son 1 ildə isə 36,6 % artıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyunun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il iyulun sonuna isə 1,7 % olub
153 views
