Yeni araşdırmaya görə, sosial medianın mümkün zərərləri barədə ekranda göstərilən xəbərdarlıq mesajları gənclərin platformalarda keçirdiyi vaxtın azalmasına kömək edə bilər.
Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar alkoqol və tütün məhsullarında tətbiq olunan sağlamlıq xəbərdarlıqlarına bənzər mesajların sosial media platformalarında da yerləşdirilməsini təklif edirlər.
Bildirilir ki, xəbərdarlıqlarda sosial medianın yuxu problemləri, depressiya, narahatlıq və bədən görünüşü ilə bağlı mənfi təsirlərlə əlaqəli ola biləcəyi qeyd edilə bilər.
Araşdırmanın nəticələri “JAMA Health Forum” jurnalında dərc olunub.
Alimlərin fikrincə, bu cür xəbərdarlıqlar, xüsusilə uşaqlar və yeniyetmələr arasında sosial media istifadəsinin daha sağlam şəkildə idarə olunmasına kömək edən əlavə vasitə ola bilər.
150 views
