Sosialmedia.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində filiz hasilatının təşkili nəzərdə tutulur.
Bununla yanaşı, Daşkəsəndə Zənginləşdirmə zavodunun və dəmir filizi konsentratının Zənginləşdirmə zavodundan Pellet istehsalı zavoduna nəqli üçün 45 kilometr uzunluğunda boru kəmərinin inşası planlaşdırılır.
Layihə çərçivəsində, həmçinin Pellet istehsalı zavodunun və İBD zavodunun qurulması nəzərdə tutulur.
Dövlət Proqramında qara metallurgiya sahəsinin inkişafının stimullaşdırılması məqsədilə əlavə tədbirlərin və güzəştlərin tətbiqinə dair təkliflərin hazırlanması da müəyyən edilib. Bu tədbirlər sırasında dəmir yolu ilə yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqi də yer alır.
105 views
