Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Sosialmedia.az xəbər verir ki, Sərəncam məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Prezidentə ünvanladığı əfv müraciətlərinə baxıldıqdan sonra imzalanıb. Sənəddə məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 19 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv olunan şəxslər arasında Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Fransa və Pakistan vətəndaşları var.
Siyahıda aşağıdakı şəxslərin adları yer alıb:
- Aydəmirov Cəsarət Səfərqulu oğlu
- Bağırov Elşən Malik oğlu
- Balabəyov Fikrət Əlibəy oğlu
- Bayramov Hikmət Abduləli oğlu
- Beybudlu Xəyal Nemət oğlu
- Demir Mehmet
- Əliyev Maarif Eldar oğlu
- Kərimov Sahil Aqil oğlu
- Qasımov Rəfail Güloğlan oğlu
- Mikhayılov Kirill Vladimiroviç
- Muradov Qurban Sultan oğlu
- Musayev Cəlal İlham oğlu
- Özdemir Salih
- Rəhimov İqbal Əliabas oğlu
- Rüstəmov Elman Yaşılxan oğlu
- Ryan Martin Riçard
- Sabir Sonia
- Süleymanov Sürət Nemət oğlu
- Süleymanzadə İlqar Vüqar oğlu
Bundan başqa, Dadaşov Əziz İman oğlu da əfv olunub. O, İmişli Rayon Məhkəməsinin 2026-cı il 10 mart tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
108 views
