Sosialmedia.az

Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin 1-ci sərbəst yürüşünə start verilib.

Sosialmedia.az xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən sessiyada ilk olaraq “McLaren” komandasının pilotu Lando Norris trekə çıxıb.

Sərbəst yürüş zamanı pilotlar bolidlərin sazlanmasını yoxlayır, trasın xüsusiyyətlərini öyrənir və qarşıdakı yarışa hazırlıq işləri aparırlar.

Bir saat davam edəcək sessiyanın sonunda pilotların sərbəst yürüş üzrə nəticələri müəyyənləşəcək.

86 views