Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə yağıntılı keçəcəyi gözlənilir.
Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında isə sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.
101 views
