Sosialmedia.az

Dövlət tibb müəssisələrində 8 ayda 66 milyon tibbi xidmət göstərilib

2026-cı ilin yanvar-avqust aylarında dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 66 milyon tibbi xidmət göstərilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən məlumat verilib.

Bildirilib ki, göstərilən xidmətlərin 88 faizini ambulator, 12 faizini isə stasionar tibbi xidmətlər təşkil edib.

Qeyd olunan dövrdə dövlət tibb müəssisələrinə 4,4 milyondan çox şəxs müraciət edib. Ümumilikdə müraciətlərin sayı 17,7 milyon olub. Müraciət edənlər arasında 1,4 milyona yaxın uşaq da yer alıb.

2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin sayı isə 9 faiz artıb.

106 views