Sosialmedia.az

110 mindən çox şəxsə sosial müavinət və təqaüd proaktiv qaydada təyin edilib

2026-cı ilin yanvar-sentyabr aylarında 110 135 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə sosial müavinət və təqaüdlərin təyinatı vətəndaşların müraciətinə ehtiyac olmadan, proaktiv qaydada həyata keçirilib.

Məlumata görə, təyinat alanların 53,5 faizini kişilər, 46,5 faizini isə qadınlar təşkil edib.

Qeyd edək ki, proaktiv xidmətlərin tətbiqi sosial ödənişlərin vətəndaşların əlavə müraciəti olmadan daha operativ şəkildə təyin edilməsinə imkan verir.

88 views