Sosialmedia.az

Oktyabrın 14-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 14-də qeyd olunan ərazilər üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay müəyyən edilmiş qrafikə uyğun ödəniləcək.

102 views