Sosialmedia.az

Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu – FOTO

Bakıda oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

Sosialmedia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.

Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 1Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 2Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 3Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 4Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 5Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 6Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 7Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 8Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi oldu - — foto 9
39 views