Sosialmedia.az

AGMA məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyana

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGt yaydıMA) məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı bəyanat yayıb.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, assosiasiya geyim qaydalarına təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayıb.

Bəyanatda qeyd olunub ki, məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, həm də uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır.

AGMA hesab edir ki, məktəblərdə geyim qaydalarının tətbiqi vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və şagirdlər üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

Assosiasiya vurğulayıb ki, bu qaydaların düzgün tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət və açıq dialoq əsasında müzakirə olunmalıdır.

Bəyanatda məktəb rəhbərlərinə və müəllimlərə qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirmək, şagirdlərin ləyaqətini və hüquqlarını qorumaq tövsiyə olunub. Valideynlərdən isə narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri və məsələyə qüvvədə olan normativ hüquqi aktlar əsasında yanaşmaları xahiş edilib.

AGMA müəllimlərin peşəkar davranışının və xarici görünüşünün də məktəbdə formalaşan ümumi mühitin bir hissəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, müəllim davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə şagirdlərə nümunə olmalıdır.

Assosiasiya bəyanatında bir daha məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

57 views