Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək. Bəzi rayonlarda güclü leysan, dolu və qar yağacağı, çaylarda isə sel və daşqın ehtimalının olduğu bildirilir.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 24-25-də ölkənin rayonlarında yağıntılı hava şəraiti davam edəcək.
Proqnoza əsasən, ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olacaq. Şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı gözlənilir. Həmçinin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçə biləcəyi proqnozlaşdırılır.
43 views

