Sosialmedia.az

Sürücülər və daşıma operatorları üçün imtahan keçiriləcək

Avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin, eləcə də daşıma operatorlarının məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 313 nəfər qeydiyyatdan keçib. Onlardan 105-i beynəlxalq yükdaşıma sürücüsü, 15-i operatorların məsul şəxsi, 67-si ölkədaxili sərnişindaşıma, 126-sı isə ölkədaxili yükdaşıma üzrə müraciət edənlərdir.

İmtahanların keçirilməsi üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının məsul şəxsləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərindəki 4 saylı orta məktəbdə verəcəklər.

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının qiymətləndirilməsi imtahanları isə DİM-in elektron imtahanlar korpusunda və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

DİM-in elektron imtahanlar korpusu Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında yerləşir.

Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

29 views