Sumqayıtda və digər bir neçə şəhərdə müntəzəm marşrut xətləri üzrə çalışan avtobuslarla bağlı yeni tələblər təsdiqlənib.
Sosialmedia.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin imzaladığı qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası müntəzəm sərnişin daşımaları üçün istifadə olunacaq nəqliyyat vasitələrinə dair yeni tələbləri müəyyən edib. Bu tələblər marşrut xətləri üzrə sərnişindaşıma həyata keçirən daşıyıcılarla müqavilə bağlanması üçün əsas şərtləri müəyyən edir.
Sözügedən şərtləri təqdim edirik:
- Avtobuslar kartla ödənişi təmin edən sistem və sərnişin sayğacı ilə təchiz olunmaldır;
- Qaz və dizel mühərrikli nəqliyyat vasitələrinin yürüşü 1 milyon kilometri, elektrik avtobuslarının isə 1,2 milyon kilometri aşmamalıdır;
- dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir;
- Elektrik avtobusları doldurula və ya dəyişdirilə bilən batareyaya malik olmalıdır.
Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
205 views
