Dişdə kista yaranması-Özəl

Sosialmedia.az xəbər verir ki , dişlərin xəstələnməsinə aid ağırlaşmalardan biri kistlərin yaranmasıdır. Bildiyimiz kimi, xoşxassəli bu törəmələrin meydana çıxması diş sahəsində gedən xroniki iltihab proseslərinin nəticəsidir. Kista – möhkəm örtüyü olan boşluqdur (əksər hallarda irinli). Əgər törəmə vaxtında götürülməsə, onda o tədricən böyüməklə sümük toxumasını dağıdır. Bunun baş verməməsi üçün dişin sistektomiyası həyata keçirilir. Bu cür cərrahi əməliyyat çənədə kistanın götürülməsinə yönəlib.

 

Diş kistasını götürmək – müasir stomatologiyada tez-tez baş verən standart prosedurdur. Bildiyimiz kimi, belə əməliyyatlar yerli anesteziya ilə aparılır və cərrahi stomatologiyada ən sadə prosedur hesab edilir.

 

Diş kistası dişin kökündə bitən və yumşaq toxumanın ölü hüceyrələri, antitellər və ölmüş bakteriyalarla dolan kisəcikdir. Qatı mayeni hər tərəfdən əhatə edən bərk örtük onun dişin kökünü tərk etməsinə imkan vermir.

 

MÜHÜM! Kistanı vaxtında götürməyəndə dişi itirmək olar!

476 views